Lotereyadakı hədiyyələr

Apple
AirPods Pro

4 ədəd

Apple
iPhone 13 Pro

256GB, 4 ədəd

Porodo
Lifestyle Scooter

500W, 4 ədəd

Şərtlər və Qaydalar

“28 MALL-DA XƏRCLƏ, SƏNİN DƏ “HAVAL-IN OLSUN” tirajli stimullaşdirici lotereyası:

Lotereya 25 sentyabr 2022-ci il – 25 yanvar 2023-cü il tarixləri ərzində Azərbaycan Respublikası Bakı şəhərində yerləşən “28 Mall” Ticarət Mərkəzində nağd və ya nağdsız qaydada alış-veriş etməklə həyata keçiriləcəkdir. “28 Mall” Ticarət Mərkəzində yerləşən bütün satış məntəqələrində minimum 50 (əlli) manat məbləğində alış-veriş etməklə hər bir 50 (əlli) manat məbləğində edilən alış-veriş üçün lotereyada iştirak etmək üçün bir (1) şans qazandıracaq. İştirakçıya hər bir 50 (əlli) manat məbləğində edilən alış-veriş üçün lotereya biletinə bərabər tutulan kupon veriləcəkdir. Lotereyada İştirakçının iştirakını təmin etmək məqsədilə həmin kuponun bir tərəfinin iştirakçıya digər tərəfi isə “28 Mall” Ticarət Mərkəzində yerləşən şəffaf barabana əlavə ediləcəkdir. Həmin kuponlar həmin ayın müvafiq tirajın oynanıldığı gün qalib kuponu müəyyən etmək üçün şəffaf baraban Təşklilatçının nümayandəsi tərəfindən firladaraq həmin baraban sabit mövqe tutduqdan sonra barabandan təsədufi kupon çıxarılaraq oynanılacaqdır.

Yaşı 18-dən aşağı olanlar, “Paşa İnşaat” MMC-nin işçiləri və o cümlədən də, onların ailə üzvləri, “28 Mall” Ticarət Mərkəzində yerləşən satış məntəqələrinnin sahibləri, onların işçiləri, “28 Mall” Ticarət Mərkəzinin mühafiziçiləri, təmizlik və texniki işçiləri bu tirajlı stimullşadırıcı lotereyada iştirak edə bilməzlər.

Tirajlı stimullaşdırıcı Lotoreyanın qalibi 18 yaş və daha yuxarı yaşda Azərbaycan Respublikasının vətəndaşı olmalı, qalib və o cümlədən də qalibi müşayiət edən şəxslər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olmalıdır. Qeyri müəyyənliyə yol verməmək üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları bu lotereyada iştirak edə bilərlər, Azərbaycan Respublikasında yaşayan əcnəbilər və vətəndaşı olmayan şəxslər bu lotereyada iştirak edə bilməzlər. Müvafiq uduşları əldə etmək üçün tələb olunan sənədləri olmayan, əldə olunmasına dair problemləri olan şəxslər bu sənədlərin əldə olunmasına dair birbaşa olaraq özləri məsuldurlar.

Cəmi 4 (dörd) tiraj (ilk tiraj sentyabr ayı üçün 25 oktyabr 2022-ci ildən başlayacaq və son tiraj dekabr ayı üçün 2023-ci il yanvarın 25-də bitməklə hər ay üçün) və müvafiq olaraq 13 (on üç) qalib olacaq. Hər bir tiraj aşağıdakı kimi oynanılacaq:

Sentyabr ayı üçün 1-ci tiraj (tiraj 25 sentyabr - 25 oktyabr tarixlərini əhatə edir) – 30 oktyabr saat 12:00-13:00 radələrində; Oktyabr ayı üçün 2-ci tiraj (tiraj 25 oktyabr - 25 noyabr tarixlərini əhatə edir) – 30 noyabr, saat 12:00-13:00 radələrində; Noyabr ayı üçün 3-cü tiraj (tiraj 25 noyabr - 25 dekabr tarixlərini əhatə edir) – 30 dekabr, saat 12:00-13:00 radələrində; Dekabr ayı üçün 4-cü tiraj (tiraj 25 sentyabr 2022-ci il 25 yanvar 2023-cü il tarixlərini əhatə edir) - 30 yanvar saat 12:00-13:00 radələrində;

Uduş fondu aşağıdakı qaydada müəyyən edilir:

  • - Sentyabr ayı üçün 1-ci qalib: 1 (bir) ədəd “Apple iPhone 13 Pro 256GB” mobil telefonu;
  • - Sentyabr ayı üçün 2-ci qalib: 1 (bir) ədəd “Porodo Lifestyle 500W Black Electric Scooter” skuter;
  • - Sentyabr ayı üçün 3-cü qalib: 1 (bir) ədəd “Apple Airpods Pro Earphones” qulaqlıq;
  • - Sentyabr ayı üçün 4-cu qalib: 1 (bir) ədəd “Apple Airpods Pro Earphones” qulaqlıq;
  • - Oktyabr ayı üçün 1-ci qalib: 1 (bir) ədəd “Apple iPhone 13 Pro 256GB” mobil telefonu;
  • - Oktyabr ayı üçün 2-ci qalib: 1 (bir) ədəd “Porodo Lifestyle 500W Black Electric Scooter” skuter;
  • - Oktyabr ayı üçün 3-cü qalib: 1 (bir) ədəd “Porodo Lifestyle 500W Black Electric Scooter” skuter;
  • - Oktyabr ayı üçün 4-cu qalib: 1 (bir) ədəd “Apple Airpods Pro Earphones” qulaqlıq;
  • - Noyabr ayı üçün 1-ci qalib: 1 (bir) ədəd “Apple iPhone 13 Pro 256GB” mobil telefonu;
  • - Noyabr ayı üçün 2-ci qalib: 1 (bir) ədəd “Apple iPhone 13 Pro 256GB” mobil telefonu;
  • - Noyabr ayı üçün 3-cü qalib: 1 (bir) ədəd “Porodo Lifestyle 500W Black Electric Scooter” skuter;
  • - Noyabr ayı üçün 4-cü qalib: 1 (bir) ədəd “Apple Airpods Pro Earphones” qulaqlıq;
  • - Dekabr ayı üçün bir qalib: 1 (bir) ədəd “Haval H6 HEV” avtomobili, 5 qapılı, 1.5L, benzin, (243 a.g.) 7 sürətli, avtomat; (bu tirajda bütün sentyabr –yanvar tarixlərində edilən alış-verişlər zamanı əldə olunan kuponlar oynanılacaqdır.)

Uduşlar pul ödənişləri ilə əvəzləşdirilə bilməz.

Tirajlı stimullaşdırıcı Lotereya Qaydaları, tirajlı stimullaşdırıcı lotereyanın qaliblərinin elan olunması haqqında məlumat “Facebook - 28 MALL”, “İnstagram - mall28_official” sosial şəbəkələrində səhifəsində elan ediləcəkdir.

Əlaqə nömrəsi: +994 (55) 213 07 57

Şərtlər və Qaydalar barədə ətraflı məlumatı buradan endirə bilərsiniz: PDF